...

Türkiyədə milyonçuların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2014 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hesabında 1 milyon türk lirəsindən çox vəsait olan vətəndaşların sayı 70 714 nəfərə çatır. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Bank Nəzarəti Qurumuna istinadən xəbər verir.

Məlumata görə, bu şəxslərin sayı ötən illə müqayisədə 3 868 nəfər artıb.

2013-cü ildə milyonçu vətəndaşların sayı 66 846 nəfər olub.

Məlumatda qeyd edilir ki, 70 714 nəfərin hesabındakı ümumi məbləğ 455 730,84 milyon lirədən çoxdur.

Türkiyə Mərkəzi Bankının avqustun 15-nə olan məzənnəsi 2,1557 TL/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti