...

Hökumət Ödəniş Portalının yeni loqotipinin dizaynı üçün açıq müsabiqə elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2014 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycan Mərkəzi Bankı Hökumət Ödəniş Portalının (HÖP) yeni loqotipinin dizaynı üçün açıq müsabiqə elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, sosial əhəmiyyətli dövlət resursuna çevrilmiş HÖP-ün media rekvizitlərinin uyğunlaşdırılması məqsədi ilə loqotipinin konseptual yenilənməsi nəzərdə tutulub.

Vergi, rüsum və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış HÖP-ün infrastrukturuna hazırda ölkədə fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.

HÖP-ün yeni loqotipinin dizaynının yaradılması üçün Mərkəzi Bank tərəfindən 30 sentyabr 2014-cü il tarixinədək beynəlxalq müsabiqə keçiriləcək və qalibə 3000 manat məbləğində pul mükafatı veriləcək.

Hazırlanacaq eskizlərin təqdim olunma şərtləri Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmiş elandan əldə oluna bilər.

Əlaqə: [email protected], tel.: 4931122 (daxili 326)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti