...

Gəncənin inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2014 10:30 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərinin inkişafı üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Gəncənin inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova /

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərinin inkişafı üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend xəbər verir ki, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

2014-cü il avqustun 29-da Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

İxtisaslaşdırılmış yaşıl marketin,müasir logistik mərkəzin, müasir istixana kompleksinin, kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti