...

AXA dünyanın 1 №-li siğorta brendidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 11:35 (UTC +04:00)
Ardıcıl olaraq 6-cı ildir ki, AXA sığorta brendi kimi +14% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülür.
AXA dünyanın 1 №-li siğorta brendidir
Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Ardıcıl olaraq 6-cı ildir ki, AXA sığorta brendi kimi +14% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülür. AXA həm də bütün dünyada sığorta sahəsi üzrə Ən Yaxşı Yaşıl Brend kimi tanınır. Bu barədə şirkətdən cümə günü Trend-ə daxil olan məlumatda deyilir.

Interbrand Beynəlxalq reytinq agentliyi ardıcıl olaraq 6-cı ildir ki, sığorta sahəsində AXA brendinin gücünü və lider mövqeyini təsdiq edir. Ümumilikdə, AXA Ən Yaxşı Qlobal Brendlər reytinqində 53-cü yerə və bütün sahələr üzrə Ən Yaxşı Fransız Brendləri reytinqində 5-ci yerə sahib olmuşdur. Brendin dəyəri 14% artaraq 8 milyard 120 milyon ABŞ dollarına çatmışdır.

Interbrand tərəfindən AXA-nın 2014-cü ildə bir neçə əsas nailiyyətləri xüsusi olaraq vurğulanmışdır. Onların sırasında yeni ərazilərdə inkişafı, texniki laboratoriyalara və startaplara edilən investisiyaları (Silikon vadisində AXA laboratoriyası), aparıcı texniki şirkətlərlə (Facebook və LinkedIn) və universitetlərlə tərəfdaşlığı, eləcə də korporativ və sosial məsuliyyət üzrə müxtəlif təşəbbüsləri qeyd etmək olar.

Interbrand-a əsasən: "AXA həm biznes, həm də istehlakçıların nöqteyi nəzərindən müştərilərlə əlaqələrini möhkəmləndirmək" üçün "dəyişən dünyaya məntiqlə uyğunlaşır".

Bundan əlavə, Interbrand AXA şirkətinin iqlim dəyişiklikləri ilə mübarizədə əhəmiyyətli rolunu, eləcə də AXA-nın ətraf mühitə təsir dərəcəsinin azalmasını vurğulayaraq AXA-nı sığorta sahəsində Ən yaxşı yaşıl brend statusuna layiq görmüşdür.

"Biz, 6 il ardıcıl olaraq aparıcı sığorta brendi seçilməyimizlə, eləcə də bütün sahələr üzrə dünyanın 100 ən yaxşı brendindən biri olmağımızla fəxr edirik. AXA dünya üzrə müştərilərin, tərəfdaşların və personalın cəlb edilməsi və qorunub saxlanması üçün strateji aktivdir. Brendimizin güclü tərəfləri sürətlə böyüyən bazarlarda inkişaf etmək istedadı və biznesin rəqəmsallaşmasında rəqabət üstünlüyüdür", - deyə AXA Qrupunun əməliyyat fəaliyyəti üzrə direktoru Veronik Veyl bildirmişdir.

"Dünyanın hər yerində bizim gündəlik vəzifəmiz brendimizin öhdəliklərinin yerinə yetirilməsini təmin etməkdir. Bu öhdəliklərin sırasına müştərilərin müdafiəsi, sığorta və aktivlərin idarə edilməsi üzrə məsləhətlərin verilməsi, xidmət səviyəsinin daima yüksəldilməsi, güclü və etibarlı tərəfdaşlıq, böhranlara baxmayaraq ən yüksək etik normalar nümayiş etdirilməsi, risklərin qiymətləndirilməsi və onların qarşısının alınması üzrə təlimlər vasitəsilə cəmiyyətə müsbət təsir göstərilməsi daxildir", - deyə Veronik Veyl əlavə etmişdir.

AXA Qrup (Fransa) - sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideridir. Ardıcıl olaraq 6-cı ildir ki, AXA 1№-li sığorta brendi hesab edilir. 157 000 artıq əməkdaş hər gün dünyanın 56 ölkəsində 102 milyon müştəriyə xidmət göstərir. 2013 ildə AXA Qrupunun gəliri 91,2 milyard Avro təşkil etmişdir. 31 dekabr 2013 il vəziyyətinə şirkətin idarəsində 1,114 trilyon Avro dəyərində aktivlər qeydə alınmışdır.

Qeyd etmək lazımdır ki, AXA beynəlxalq maliyyə qrupu Azərbaycanda AXA MBASK sığorta şirkəti ilə təmsil olunur.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti