...

Azərbaycanın yeganə təkrar sığorta şirkəti beynəlxalq reytinq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 11:20 (UTC +04:00)
Azərbaycanın yeganə təkrar sığorta şirkəti "AzRe" beynəlxalq reytinq alıb.
Azərbaycanın yeganə təkrar sığorta şirkəti beynəlxalq reytinq alıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın yeganə təkrar sığorta şirkəti "AzRe" beynəlxalq reytinq alıb. Trend xəbər verir ki, bu barədə "AzRe" təkrar sığorta şirkətinin İdarə Heyətinin sədri Fuad Quliyev Almaniyada sığortaçıların beynəlxalq konfransı çərçivəsində keçirilən Azərbaycan Günlərində deyib.

Konfrans oktyabrın 19-da Baden-Badendə keçirilib.

Onun sözlərinə görə, oktyabrın 17-də A.M.Best beynəlxaql reytinq agentliyi "AzRe" şirkətinin reytinqini dərc edib. Təkrar sığorta şirkətinin maliyyə sabitliyi reytinqi "В+" səviyyəsində, kredit reytinqi isə "ВВВ-" səviyyəsində müəyyən müəyyən edilib.

Reytinqin alınması şirkətə çox sayda ölkədən daha keyfiyyətli riskləri qəbul etməyə imkan verir.

Azərbaycanın ilk təkrar sığorta şirkəti "AzRe" təkrar sığorta fəaliyyəti 2007-ci il noyabrın 7-də Azərbaycanın Maliyyə Nazirliyindən lisenziya alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti