...

Azərbaycanda 6-dək bank ciddi nəzarət altındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2014 17:20 (UTC +04:00)
2014-cü ilin sonunadək bütün sistemin aktivlərinin 99 faizinə nəzarət edən Azərbaycan bankları Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitala qarşı 50 milyon manatlıq minimum tələbini yerinə yetirəcək.
Azərbaycanda 6-dək bank ciddi nəzarət altındadır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü ilin sonunadək bütün sistemin aktivlərinin 99 faizinə nəzarət edən Azərbaycan bankları Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitala qarşı 50 milyon manatlıq minimum tələbini yerinə yetirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə AMB İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, proqnozlara əsasən 5-6 bank kapitallaşmaya qarşı tələbi icra edə bilməyəcək, lakin onların ölkənin bank sektorunun aktivlərinin ümumi həcmində aktivlərinin payı təqribən 1 faiz təşkil edir ki, bu da Azərbaycanın bank sisteminə güclü təsir etməyəcək.

E.Rüstəmov qeyd edib ki, həmin banklarla fərdi qaydada iş aparılacaq və onların fəaliyyətinin gələcək strategiyası müəyyənləşdiriləcək: "Bu banklardan ikisi xarici kapitallıdır. Onlarla danışıqları davam etdiririk. Yəqin ki, müəyyən tədbirlər görəcəklər. Bir daha təkrar edirəm ki, bu bankların payı çox cüzidir, onların əmanətlər bazası kiçikdir, buna görə də bu, əhali üçün təhlükə törətmir. Biz onlarla müxtəlif ssenariləri hazırlayırıq, hələ vaxt (ilin sonunadək) var. Görək, hadisələr necə inkişaf edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti