...

ASK-nın 8 xarici ölkədə nümayəndəliyi var

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2014 17:45 (UTC +04:00)
Cari ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) daha üç xarici dövlətdə nümayəndəliyi fəaliyyətə başlayıb.
ASK-nın 8 xarici ölkədə nümayəndəliyi var

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Cari ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) daha üç xarici dövlətdə nümayəndəliyi fəaliyyətə başlayıb.

Konfederasiyadan Trend-ə verilən məlumata görə, noyabr ayında ASK-nın İspaniyadakı rəsmi nümayəndəsi qismində "Consulting Communication Information Espana" şirkətinin prezidenti Sergey Kirilenko təyin edilib. O, İspaniyada tanınmış iş adamı, eyni zamanda, Kataloniya merinin beynəlxalq iqtisadi məsələləri üzrə müşaviridir.

Bundan əlavə, ASK-nın Bolqarıstandakı rəsmi nümayəndəsi olaraq "Bolqarıstan Memarlar Birliyi"nin sədri, eyni zamanda, "GB engineering" şirkətinin prezidenti Georgi Bakalov təyin edilib. G.Bakalovun rəhbərlik etdiyi qurum həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının assosiativ üzvüdür.

ASK-nın Moldovadakı rəsmi nümayəndəsi kimi isə Moldova Ticarət-Sənaye Palatasının Yedinets filialının direktoru xanım İnna Stançu təyin edilib.

Yedinets bölgəsi hazırda Moldovanın ən inkişaf etmiş iqtisadi rayonlarından biridir. Xanım İ.Stançu isə ölkənin biznes mühitində tanınmış, nüfuzlu iş adamları kimi təmsil olunur.

Qeyd edək ki, ASK-nın artıq səkkiz xarici ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Yaxın perspektivdə ABŞ, Böyük Britaniya və İran İslam Respublikalarında da analoji nümayəndəliklərin açılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti