...

Azərbaycanın üç yük "Boeing" təyyarəsi alması üzrə müqavilənin dəyəri açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2015 11:51 (UTC +04:00)
Azərbaycanın "Silk Way West" (yük daşımaları) aviadaşıyıcısının üç "Boeing 747-8" təyyarəsinin alışı üzrə müqavilənin dəyəri 1,1 milyard dolları ötür.
Azərbaycanın üç yük "Boeing" təyyarəsi alması üzrə müqavilənin dəyəri açıqlandı

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın "Silk Way West" (yük daşımaları) aviadaşıyıcısının üç "Boeing 747-8" təyyarəsinin alışı üzrə müqavilənin dəyəri 1,1 milyard dolları ötür. Trend xəbər verir ki, bu barədə "Boeing" şirkətinin saytı məlumat verir.

Məlumatda deyilir ki, hazırda tərəflər "Boeing 747-8" təyyarəsinin alqı-satqı prosesini başa çatdırırlar.

"Silk Way West Airlines" mənzil-qərargahı Bakıda yerləşən "Silk Way Airlines" aviaşirkətinin törəməsidir. Aviaşirkət regionda 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reysləri həyata keçirmək üzrə liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti