...

DGK: Azərbaycana poçtla telefonlar gətirilərkən vergidən yayınma faktları aşkar edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2015 12:17 (UTC +04:00)
Poçt göndərişləri vasitəsilə eyni adda, eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların Azərbaycana gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir.
DGK: Azərbaycana poçtla telefonlar gətirilərkən vergidən yayınma faktları aşkar edilir

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Poçt göndərişləri vasitəsilə eyni adda, eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların Azərbaycana gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev jurnalistlərə açıqlamasında Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar aparır: "Bu barədə danışmaq hələ tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsilə eyni adda, eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib".

S.Mehdiyev xatırladıb ki, Azərbaycanda elektron ticarət vergidən azad olunmayıb: "Ölkənin vergitutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biri də odur ki, elektron ticarət də vergiyə cəlb edilsin. Bu istiqamətdə araşdırmalar aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti