...

Duman Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2015 11:32 (UTC +04:00)
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Bu barədə bazar günü Trend-ə aeroportdan bildirilib.
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 1 fevral / Trend/

Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Bu barədə bazar günü Trend-ə aeroportdan bildirilib.

Məlumata görə, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti