...

Bank Respublika-dan "PayKart Kredit" kartı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 18:57 (UTC +04:00)
Yaxın günlərdə "Bank Respublika" hissə-hissə ödəmə funksiyalı "PayKart Kredit" adlı yeni kredit kartını təqdim edəcək.
Bank Respublika-dan "PayKart Kredit" kartı

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Yaxın günlərdə "Bank Respublika" hissə-hissə ödəmə funksiyalı "PayKart Kredit" adlı yeni kredit kartını təqdim edəcək. Yeni bank məhsulu şoppinq həvəskarları üçün əsl hədiyyə olacaq.

Bankdan Trend-ə verilən məlumata görə, yeni bank məhsulu "Sərbəst alış-veriş - seçim Sizindir" şüarını daşıyır.

Beləliklə, Bank Respublika-nın yeni kredit kartı partnyor şəbəkəsində və ümumiyyətlə, POS-terminal quraşdırılmış bütün satış məntəqələrində alış-veriş edib ödənişi 3, 6 və ya 12 ay ərzində bərabər hissələrə bölmək imkanı verir. Bununla yanaşı, bu kart vasitəsilə partnyor şəbəkəsində ödənişlər tamamilə faizsiz aparıla bilər.

"MasterCard" bazasında yaradılan yeni kredit kartı vasitəsilə dünyanın 200-dən artıq ölkəsində istədiyiniz bir şeyi almaq və yaxud xidmətdən istifadə edərək ödənişi hissə-hissə ödəmək mümkündür.

Həmçinin, bankomat vasitəsilə istər Azərbaycanda, istərsə də xaricdə kartdan vəsaitin daimi nağdlaşdırılması imkanının təqdim edilməsi nəzərdə tutulub.

Yeni kartın diqər bir üstünlüyü də - populyar olan "Card to Card" xidməti ilə aparılan əməliyyatları də bərabər hissələrlə ödəmək imkanının mövcudluğudur.

Kartın imkanları haqqında daha ətraflı məlumat yaxın zamanda, kart istifadəyə verildikdən sonra təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti