...

Azərbaycanın iri bankı şəriət qaydalarına uyğun kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2015 22:00 (UTC +04:00)
20 milyon dolları Küveytin “Warba Bank”ı, qalan hissəni isə “JP Morgan”, “Citigroup”, “Barwa Bank”, “Al Hilal Bank”, “Noor Bank” və “Dubai Islamic Bank” ayırıb.
Azərbaycanın iri bankı şəriət qaydalarına uyğun kredit cəlb edib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Azad Həsənli/

"Azərbaycan Beynəlxalq Bankı" ASC şəriət qaydalarına uyğun olaraq 150 milyon dollar məbləğində kredit cəlb edib. Bu barədə Trend "CPI Financial" maliyyə portalına istinadən məlumat verir.

Məlumata görə, 20 milyon dolları Küveytin "Warba Bank"ı, qalan hissəni isə "JP Morgan", "Citigroup", "Barwa Bank", "Al Hilal Bank", "Noor Bank" və "Dubai Islamic Bank" ayırıb.

"Warba Bank"ın baş direktorunun müavini Şahin əl-Qanem bildirib ki, bu tranzaksiya bankın fəaliyyətinin yeni regional və beynəlxalq bazarlara doğru genişləndirilməsi üzrə strategiyasına müvafiqdir: "Və müştərilərimizin şəriətə uyğun maliyyələşdirilməsini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti