...

Azərbaycana polad istehsalı kompleksi üçün idxal olunan avadanlıqlar ƏDV-dən azad edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 19:20 (UTC +04:00)
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC üçün Azərbaycana idxal olunan mal və avadanlıqlar 2019-cu il yanvarın 1-dək ƏDV-dən azad edilib.
Azərbaycana polad istehsalı kompleksi üçün idxal olunan avadanlıqlar ƏDV-dən azad edildi

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Azad Həsənli/

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC üçün Azərbaycana idxal olunan mal və avadanlıqlar 2019-cu il yanvarın 1-dək ƏDV-dən azad edilib.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı"nda müvafiq dəyişiklik Nazirlər Kabinetinin 10 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilib.

Nazirlər Kabinetinin saytında dərc edilən məlumata əsasən, dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar ƏDV-dən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti