...

"Nikoil Bank" dollarla götürülmüş kreditləri restrukturizasiya etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 16:56 (UTC +04:00)
Novruz bayramı ərəfəsində, 23-27 mart tarixləri arasında "Nikoil Bank" müştəriləri üçün “Açıq qapı günü” elan etdi.
"Nikoil Bank" dollarla götürülmüş kreditləri restrukturizasiya etdi

Azərbaycan, Bakı, 30 mart /Trend/

Novruz bayramı ərəfəsində, 23-27 mart tarixləri arasında "Nikoil Bank" müştəriləri üçün "Açıq qapı günü" elan etdi. Bankın bütün filiallarında hər növ kredit üzrə ödənişlər qəbul olunurdu.

Bankdan Trend-ə verilən məlumata görə, eyni zamanda, müştərilər "Dollarla kredit götürmüş borcalanlar üçün maliyyə dəstəyi" aksiyasından da istifadə edə bildilər. Cari aksiya istər biznes, istərsə də istehlak kreditini dollarla götürmüş, gecikmə günü 30 günü keçməyən borcalanlar üçün nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan şərtlərə cavab verən bütün borcalanlar üçün bank faiz dərəcəsini dəyişmədən və heç bir əlavə komissiya ödənişi qəbul etmədən geridə qalan kredit məbləğinin müddətini 40%-ə qədər uzatmışdır. Bu mexanizm kredit üzrə aylıq ödənişlərin manat ekvivalentini əvvəlki vəziyyətdə qorumağa imkan yaratdı.

Qeyd etmək istərdik ki, bayram günləri ərzində 1 555 701 AZN məbləğində 184 kredit restrukturizasiya edildi. Aksiya müddəti ərzində isə 7 330 483 AZN məbləğində 1018 kredit restrukturizasiya edilib.

Hazırda da aksiya davam etməkdədir.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "Nikoil Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti