...

Türkiyə bankı Azərbaycanda törəmə strukturunun səhmlərinin ilk buraxılışını qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2015 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Ziraat Bank Azerbaijan" ASC-nin 50 milyon manatlıq sənədsiz, adlı səhmlərinin ilk buraxılışını qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata əsasən, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Emissiya çərçivəsində hər bininin nominal dəyəri 1000 manat olan 50 min səhm buraxılıb.

Qeyd edək ki, Türkiyənin "T.C. Ziraat Bankası" 2014-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankından ölkədə özünün törəmə strukturu olan "Ziraat Bank Azerbaijan" ASC vasitəsilə fəaliyyəti göstərmək üçün lisenziya alıb.

Bank iyun ayından fəaliyyətə başlamağı planlaşdırır. Hazırda hazırlıq işləri gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti