...

Mazandaran əyalətinin iş adamları Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2015 07:39 (UTC +04:00)

İran, Mazandaran, 14 aprel /Trend, müxbir Təmkin Cəfərov/

Mazandaran əyalətinin iş adamları yaxın gələcəkdə Azərbaycana səfər edəcək. Bunu Mazandaran əyalətində səfərdə olan Azərbaycan jurnalistlərinə əyalətin Sənaye, Mədənlər və Ticarət təşkilatının rəhbəri Məhəmməd Məhəmmədpur Omran deyib.

M.M.Omran bildirib ki, hazırda səfərə hazırlıq işləri gedir və ümid edir ki, səfər yaxın iki ay ərzində həyata keçiriləcək.

Onun sözlərinə görə, səfərin əsas məqsədi ticarət, turizm, sənaye və digər sahədə əməkdaşlıq yolları tapmaqdır. "Biz ticarət mübadiləsində maraqlıyıq. Hazırda Mazandaran əyaləti ilə Azərbaycan arasında 120 milyon dollar həcmində ticarət mübadiləsi var ki, bunun 60 milyon dolları dəniz, qalan hissəsi isə Astara sərhədi vasitəsi ilə nəql olunur".

M.M. Omran bildirib ki, Mazandaran eyni zamanda öz məhsullarını Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə ixrac etməyə maraqlıdır amma hazırda məhsulların tranzitində bəzi problemlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti