...

Parisdə Fransa-Azərbaycan biznes əlaqələrinə həsr edilmiş biznes-forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2015 17:53 (UTC +04:00)
Mayın 13-də Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə iki ölkə arasında biznes şəbəkə münasibətlərinin gücləndirilməsi məqsədilə TEAS Biznes-Forumları silsiləsindən ikinci TEAS Paris Biznes-Forumu keçiriləcək.
Parisdə Fransa-Azərbaycan biznes əlaqələrinə həsr edilmiş biznes-forum keçiriləcək

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 13-də Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə iki ölkə arasında biznes şəbəkə münasibətlərinin gücləndirilməsi məqsədilə TEAS Biznes-Forumları silsiləsindən ikinci TEAS Paris Biznes-Forumu keçiriləcək.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Forum Fransa iqtisadiyyatını beynəlxalq səviyyədə təşviq edən dövlət agentliyi olan "Biznes Fransa" ilə əməkdaşlıq çərçivəsində və Bas Rin əyələtinin senatoru Andre Reşar və Fransa Parlamentində Fransa-Qafqaz Dostluq qrupunun prezidenti senator Natali Qulenin dəstəyi ilə həyata keçirilir.

Forumun gündəliyinə aşağıdakı məsələlər daxildir: Azərbaycanda investisiya imkanları, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, neft-kimya, əczaçılıq və ərzaq emalı da daxil olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft, qaz və bərpa edilən ererji də daxil olmaqla enerji sahəsində əməkdaşlıq.

Tədbirdə Azərbaycanda iqtisadi və kommersiya əməkdaşlığı ilə bağlı imkan və risklərin təhlili, Azərbaycanda investisiya mühiti və imkanları haqqında son məlumatların verilməsi, iqtisadi və sənaye səhəsində potensial əməkdaşlıq sahələrinin genişləndirilməsi, Azərbaycan və Avropa ölkələri arasındaki iqtisadi əməkdaşlığın güclənməsinə kömək edə biləcək layihələrə dair müzakirələrin aparılması, daxili və xarici investisiya səviyyəsinin artımına yönəlmiş ən yaxşı təcrübə ilə bağlı informasiya mübadiləsinin aparılması, karbohidrogen resurslarından asılılığı azaldan, gələcək iqtisadi və sənayenin inkişafı üçün, xüsusilə də özəl sektorda starteji sahələrin müəyyənləşdirilməsi ilə Azərbycanda iqtisadiyyatını şaxələndirilməsindən irəli gələn imkanların təqdim edilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.

Fransa-Azərbaycan biznes-forumunda diplomatlar, siyasətçilər, bankirlər, jurnalistlər, ictimai və özəl sektordan olan Fransa və Azərbaycan mütəxəssislərinin iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti