...

"Finoko" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2015 13:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finoko" bank olmayan kredit təşkilatının 700 min manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb
"Finoko" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Ənvər Məmmədov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finoko" bank olmayan kredit təşkilatının 700 min manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 manat olan 70 min səhm buraxılıb.

Emissiyanın yerləşdirilməsindən sonra "Finoko"nun nizamnamə kapitalı 3 dəfədən çox -1 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti