...

Expressbank “Gül, Balam” adlı fotomüsabiqə keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 10:47 (UTC +04:00)
Expressbank “Gül, Balam” adlı fotomüsabiqə keçirir.
Expressbank “Gül, Balam” adlı fotomüsabiqə keçirir

Azərbaycan, Bakı, 18 may /Trend/

Expressbank "Gül, Balam" adlı fotomüsabiqə keçirir.

Expressbank 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında "Gül, Balam" adlı fotomüsabiqə keçirir.

Bankdan Trend-ə verilən məlumatda bildirilir ki, müsabiqənin şərtlərinə görə, 29 may 2015-ci il tarixinədək iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməlidirlər.

Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdiriləcək və "like"lar vasitəsilə səsvermə keçiriləcək. 5 iyun 2015-ci ildə yekunlaşan müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 AZN, Visa Gold + 200 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti