...

Otellər və Restoranlar Assosiasiyası Azərbaycanın milli dəyərlərini təbliğ edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 11:42 (UTC +04:00)
Assosiasiyanın mətbuat xidmətinin yaydığı məlumata istinadən yerli istehsalçıların məhsullarının və xidmətlərinin geniş təbliği istiqamətində 15 May 2015-ci il tarixində Excelsior Hotel & Spa hotelində növbəti tədbir keçirilmişdir.
Otellər və Restoranlar Assosiasiyası Azərbaycanın milli dəyərlərini təbliğ edir (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Otellər və Restoranlar Assosiasiyası Azərbaycanın milli dəyərlərini təbliğ edir. Trend Assosiasiyanın mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, yerli istehsalçıların məhsullarının və xidmətlərinin geniş təbliği istiqamətində mayın 15-də Excelsior Hotel & Spa hotelində növbəti tədbir keçirilib. Bu dəfə Assosiasiya "CASPIAN COAST WINERY & VINEYARDS" və QSC "KRISTALL PLUS" yerli şərabçılıq şirkətlərinin CARAVAN və PALİTRA adlı iki yeni şərab kolleksiyalarının bazara çıxarılmasına təşkilatı dəstək göstərib.

Yeni şərabçılıq məhsulları Azərbaycanın qədim şərabçılıq ənənələrinin, rəsssamlıq sənətinin və eyni zamanda qədim İpək Yolunun tarixi dəyərinin geniş miqyaslı təbliğatının bariz nümunəsi olaraq yerli bazarla yanaşı xarici bazarlarda da geniş yayılacaq. Hər bir şərab butılkası mükəmməl şərab buketinin tamı ilə yanaşı Azərbaycan rəssamlarının sənətlərini və qədim İpək Yolunun simvolu olan karvanları əks edən xüsusi hazırlanmış etiketlərlə fərqlənirlər.

Tədbirin fəxri qonağı, cənab İqor Şarbatov, Rusiya Somelyelər Assosiasiyasının üzvü, Sankt-Peterburq Somelyelər Assosiasiyasının Prezidenti, Sankt-Peterburq Somelyelər məktəbinin yaradıcısı və rəhbəri şərab servisinin sirlərindən bəhs edərək yeni kolleksiyanın peşəkar dequstasiyasını keçirib.

Tədbirdə HORECA seqmetində təmsil olunan qabağcıl şirkətlərin, marketlərin, şərab butiklərinin nümayəndələri, xarici diplomatlar, rəsmi nümayəndələr və digərləri iştirak ediblər.

Qeyd etmək istərdik ki, Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik və turizm sənayesində geniş istifadə olunan qida məhsulları, içkilər, avadanlıq və digər məhsulların istehsalçılarını hər zaman dəstəkləyir və bu məhsulların yayılmasında yardımlar göstərir. Yerli brendlərin, mədəniyyət və incəsənət nümunələrinin, tarixi faktların, kulinariya məhsullarının və digər milli dəyərlərin ölkədə və xaricdə yayılması vasitəsilə Azərbaycanın tanıdılması istiqamətində görülən işlər təşkilatın fəaliyyətinin ayrılmaz və mühüm hissəsidir. Assosiasiyanın İdarə Heyəti bu istiqamətdə görülən bütün pozitiv təşəbbüsləri dəstəkləyir və ölkənin içtimai həyatında fəal iştirak etmək üçün əlindən gələni edir.

Assosiasiyanın İdarə Heyətinin Sədri Samir Dübəndi tədbirdə partnyor qismində iştirak etmiş Sirab və Pendir Shop şirkətlərinə, informasiya dəstəyi göstərən TREND.az, Day.az, Milli.az, Today.az, Azernews kütləvi informasiya vasitələrinə təşkilatın rəhbərliyi adından dərin təşəkkürünü bildirir və "CASPIAN COAST WINERY & VINEYARDS" və QSC "KRISTALL PLUS" şirkətlərinə fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti