...

"AccessBank"da yeni icraçı direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2015 19:04 (UTC +04:00)
"AccessBank" ASC-nin İdarə heyətində informasiya texnologiyaları üzrə icraçı direktor vəzifəsi təsis edilib.
"AccessBank"da yeni icraçı direktor

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ənvər Məmmədov/

"AccessBank" ASC-nin İdarə heyətində informasiya texnologiyaları üzrə icraçı direktor vəzifəsi təsis edilib. Bankdan Trend-ə verilən məlumata əssən, Vasili Melniçuk həmin vəzifəyə təyin edilib.

Bankdan bildiriblər ki, "AccessBank"ın rəhbər heyətində bundan sonra 6 icraçı direktor - maliyyə/xəzinədarlıq, administrasiya və infrastruktur, mikrokreditləşdirmə və "kredit-bek" ofis, kiçik və orta biznes kreditləri və korporativ xidmətlər, maliyyə nəzarəti və informasiya texnologiyaları üzrə - var.

V.Melniçuk "AccessBank"da fəaliyyətinə bu ilin mayında başlayıb. O, son 6 ildə Avstriyanın "Volksbank" qrupunun Ukrayna bölməsinin İdarə heyətinin üzvü kimi Lvov şəhərində layihə komitəsinin sədri olub. Bundan əvvəl, 1998-ci ildə V.Melniçuk Hollandiyanın ING maliyyə qrupunun Ukrayna törəmə bankını yaradan qrupa qoşulub, daha sonra 3 il müddətində ING qrupunun Əfqanıstanda həyata keçirilən beynəlxalq layihəsi üzərində çalışıb. O, bir neçə beynəlxalq holdinqin və Asiya İnkişaf Bankının (Asian Development Bank) səhmdarları üçün yeni bankın İT-infrastrukturunu yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti