...

"Nikoyl Bank" təklifləriniz üçün açıqdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2015 17:17 (UTC +04:00)

"Nikoyl Bank" xidmət səviyyəsinin keyfiyyətini artırmaq məqsədilə yeni xidmət növünü təqdim edir. Bankın müştəriləri hər hansı bir məhsul və ya xidmətlə bağlı təklif, irad və istəklərini (012) 981 qısa nömrəsinə zəng edib, əlavə olaraq 8000 yığmaqla öz fikirlərini bildirə bilərlər.

Səsli mesaj vasitəsilə edilən avtomatik qeydiyyatdan sonra bankın müraciətlərlə iş üzrə xüsusi qrupunun əməkdaşları bu və ya digər təklif, şikayət və iradlarla bağlı bütün müraciətlərə baxılma müddəti barədə müraciət edənləri geri zəng vasitəsilə məlumatlandıracaq. Qeyd olunan xidmət növü həftəsonlarını da nəzərə almaqla günboyu fəaliyyət üçün nəzərdə tutulub.

Bu cür xidmət növünün əlavə edilməsi "Nikoyl Bank"ın öz müştərilərinə olan inamlı əlaqələrini bir daha vurğulayır.

Xatırladaq ki, bu gün "Nikoyl" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "Nikoyl Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti