...

GoldenPay şirkəti 8 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2015 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bu gün Azərbaycanın onlayn ödəmələr bazarının ən böyük şirkəti olan GoldenPay ASC-nin 8 yaşı tamam olur.

Azərbaycanda onlayn ödəməni mümkün etmək üçün şirkət 8 il bundan əvvəl Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2 il sonra isə şirkət fəaliyyətə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, GoldenPay şirkəti 2 sahədə fəaliyyət göstərir. Biznes sektoru üçün ödəmə sisteminin qurulması və pərakəndə sektor üçün Hesab.az vasitəsilə ödənişlərin təmin edilməsi. Hər iki sektorda da uğurlu nəticələr əldə edən GoldenPay artıq xarici ölkələrdə fəaliyyətə başlamaq üzrədir.

Artıq GoldenPay şirkətində 30 insan çalışır və əməkdaşlarımızın sayı artmaqdadır. Bu sistem vasitəsilə 10 minlərlə insan hər ay 11 milyon manatdan çox ödənişlərini onlayn olaraq ödəyir. Şirkətin xarici ölkələrdə fəaliyyətə başlamasından sonra yaxın gələcəkdə İPO (səhmlərin ilkin buraxılışı) nəzərdə tutulub.

GoldenPay şirkəti ölkənin ən böyük onlayn ödəmə portalı olan Hesab.az-ın sahibidir. Hesab.az istifadəçilərinə kommunal, TV, internet, mobil, ev telefonu, əyləncə, bank krediti və digər ödənişləri rahat şəkildə, vaxta qənaət edərək ödəmək imkanı verir.

Şirkət məlumatların şifrələnməsi üzrə dünyanın ən məhşur şirkətlərindən biri olan Geotrust-la çalışır. Həmçinin kart məlumatlarının qorunması üçün PCİ DSS sertifikatından istifadə edilir. Əlavə olaraq bir neçə təhlükəsilik funksiyası ilə Goldenpay ən etibarlı ödəmə sistemi kimi istifadəçilər tərəfindən güvən qazanmışdır.

Hesab.az portalının tanınmasına ən böyük səbəb onun istifadəçiləridir. İstənilən vaxt, istənilən yerdən təhlükəsiz şəkildə ödəniş edən Hesab.az istifadəçilərinin yaşadıqları bu rahatlığı yaxınları, dostları ilə paylaşmaları bizim daha da inkişaf edib, böyüməyimizə səbəb oldu. Bütün istifadəçilərimizə təşəkkürlərimizi bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti