...

"Fitch Ratings" Azərbaycan Beynəlxalq Bankının reytinqinin artırılmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2015 21:59 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini və davamlılıq reytinqini "Rating Watch Positive" artırma imkanı ilə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib.
"Fitch Ratings" Azərbaycan Beynəlxalq Bankının reytinqinin artırılmasını gözləyir

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Azad Həsənli/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin emitentinin uzunmüddətli defolt və davamlılıq reytinqlərini "Rating Watch Positive" artırma imkanı ilə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib.

Trend-in agentliyin saytına istinadən verdiyi məlumata görə, reytinqin artırılma ehtimalı ABB-nin problemli aktivlərinin alınması və özəllləşdirilməsi ilə bağlıdır.

Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.

Məlumatda deyilir: "Bankın sağlamlaşdırılması başa çatdıqdan sonra agentlik emitentin uzunmüddətli defolt reytinqini "BB+"dək (hazırda "BB" səviyyəsindədir) yenidən nəzərdən keçirə və prioritet borcun reytinqini 1 pillə artırmaqla həmin səviyyəyədək çatdıra bilər".

Agentlik ABB-nin davamlılıq reytinqini bir sıra faktorlardan asılı olaraq (məsələn, qalan aktivlərin keyfiyyəti) 1 və ya 2 pillə artıraraq "b-"dən "b"dək və ya "b+"dək çatdıra bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti