...

Azərbaycan Qara dənizdə gəmilərinin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2015 14:39 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Qara dəniz hövzəsində quru yüklərin daşınması ilə məşğul olan gəmilərin sayını 4-ə çatdırıb.
Azərbaycan Qara dənizdə gəmilərinin sayını artırır

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Qara dəniz hövzəsində quru yüklərin daşınması ilə məşğul olan gəmilərin sayını 4-ə çatdırıb.

Trend-in məlumatına əsasən, bu barədə QSC-nin saytında yerləşdirilən xəbərdə deyilir.

Məlumatda bildirilir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik "Teymur Əhmədov" gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz - Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.

Xatırladaq ki, "Teymur Əhmədov" gəmisindən başqa, Qara dənizdə "Qaradağ", "Natavan" və "Üzeyir Hacıbəyov" gəmiləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti