...

UNİBANK yeni məhsulunu təqdim etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2015 14:49 (UTC +04:00)
UNİBANK yeni məhsulunu təqdim etdi.
UNİBANK yeni məhsulunu təqdim etdi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

UNİBANK yeni məhsulunu təqdim etdi.

Böyük işləri həyata keçirmək üçün böyük məbləğə ehtiyacınız var? Unibank böyük arzularınızı reallaşdırmaq istiqamətində sərfəli kredit məhsulları təklif etməkdə davam edir. İndi 25-60 yaş arası və əmək haqqı 500 manatdan yuxarı olan hər kəs, Unibank-ın yeni girov təminatlı "Böyük arzu" kreditindən faydalana bilər. Girov yalnız mənzil ola bilər. Bu kreditin minimal məbləği 7.000 USD/AZN, maksimal məbləğ isə 30.000 USD/AZN təşkil edir. "Böyük arzu" kreditini əldə etmək üçün müştərilər bankın Bakıda, Sumqayıtda və Xırdalanda yerləşən filiallarına müraciət edə bilərlər.

Unibank-ın yeni "Böyük arzu" krediti niyə sərfəlidir?

Aşağı faiz dərəcəsi - illik 20%-dən başlayır;
Uzun müddətlidir - 84 ayadək müddətinə ayrılır;

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti