...

"Parabank"dan yeni əmanət - "İmkanlarımız sərhədsizdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2015 16:08 (UTC +04:00)
Parabank əmanət və depozit növlərinin artırılması siyasətinə uyğun olaraq özünün bank məhsulu olan "İmkanlarımız sərhədsizdir" əmanətini müştərilərə təqdim edir.
"Parabank"dan yeni əmanət - "İmkanlarımız sərhədsizdir"

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Parabank" əmanət və depozit növlərinin artırılması siyasətinə uyğun olaraq özünün bank məhsulu olan "İmkanlarımız sərhədsizdir" əmanətini müştərilərə təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, depozit üzrə əmanətlər 3 il müddətinə qədər qəbul edilir. Əmanətin yerləşdirilməsi 500 manat və ya dollar məbləğindən az olmamaqla qəbul edilir.

Depozit növü üzrə yerləşdirilən vəsaitlərə görə faizlərin alınması üçün "Parabank" ən çevik şərtlər təklif edir.

Müştərilər öz seçiminə görə yerləşdirdiyi depozit üzrə faizləri hər ay, 3, 6 və 12 aydan bir götürə bilərlər. Əmanət məbləğindən asılı olaraq müştərilərə faizlərin alınması üçün bank tərəfindən VISA Elektron, Classic, Gold Platinum, İnfinite debet kartı verilir.

"İmkanlarımız sərhədsizdir" əmanəti yerləşdirmiş fiziki şəxs yerləşdirdiyi əmanətin müddətinə uyğun bədbəxt hadisələrdən sığorta paketi ilə təmin edilir.

Depozit sahibləri banka yerləşdirilmiş vəsaitlərinin 70 faiz həcmində ən sərfəli şərtlərlə kredit götürə bilərlər. 5000 AZN/USD və ondan artıq məbləğdə vəsait yerləşdirən müştərilərə pulsuz VİSA kartı verilir.

"Parabank" 2007-ci ilin iyul ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Bank xidmətləri barədə ətraflı məlumatı 139 məlumat mərkəzinə, 050 447 10 00 mobil nömrəsinə zəng etməklə, www.parabank.az saytına, bankın rəsmi facebook səhifəsinə - https://www.facebook.com/Parabank və ya rəsmi instagram səhifəsi -https://instagram.com/parabank_asc daxil olmaqla əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti