Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
NIKOIL | Bank öz unikal təklifləriylə müştəriləri təəccübləndirməyə davam edir. Bu dəfə bank "Gəldi payız, Düşdü Faiz!!!" adlı öz sadəliyi və faydası ilə sevindirə biləcək növbəti kredit aksiyasına start verir.
Cari ilin 1-30 oktyabr tarixləri arası hər bir müştəri illik faiz dərəcəsinə 4% güzəştlə istehlak kreditini əldə edə bilər. Kredit məhsullarının xətti aşağıdakı kredit növlərindən ibarətdir: zaminliklə kreditlər, dövlət qulluqçuları üçün istehlak kreditləri, təqaüdçülər üçün kreditlər, həmçinin daşınmaz əmlak girovu kreditlər.
Aksiyadan yararlanmaq üçün Nikoyl Bankın filiallarından birinə yaxınlaşmaq və ya bankın www.nikoil.az rəsmi internet səhifəsində onlayn müraciət etmək qədər asandır. Burada bankın kredit mütəxəssisləri tərəfindən Sizə məhsulun bu və ya digər növləri haqda ətraflı məlumat təqdim ediləcək.
Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "NIKOIL Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil