Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/
Bu il Azərbaycan iqtisadiyyatının real artımı 3,3 faiz səviyyəsində gözlənilir, ÜDM-in ümumi istehsal həcmi isə 57,2 milyard manat təşkil edəcək.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deyib.
Nazirin sözlərinə görə, bu, 2015-ci ilin proqnozlarından 1,1 faiz bənd azdır: "ÜDM-in artım tempinin azalması 2019-cu ilədək qorunacaq".
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 4,4 faiz səviyyəsində, ÜDM-in istehsal həcmi isə 59,8 milyard manat səviyyəsində proqnozlaşdırılırdı.