...

"Nikoyl Bank" maliyyə savadının artırılması üzrə gənclər üçün təlimlər keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

"Nikoyl Bank"ın Baş Ofisində 12 oktyabr tarixində əhalinin maliyyə savadının artırılması məqsədi ilə "Öz işinizi bizimlə qurun" adlı ənənəvi təlimlər keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, təlimdə 150-dən çox gənc sahibkar və biznes ilə məşğul olmaq arzusunda olan şəxslər iştirak etmişdir. Təlim zamanı iştirakçılara biznesin aparılması qaydaları haqda məlumatlar və biznes kreditlərin əldə edilməsi üçün banklarla əlaqələrin qurulması qaydaları haqda məlumatlar verilib.

Daha sonra iştirakçılara müxtəlif tapşırıqlar verilərək komandalara bölünüb müxtəlif biznes ideyalar ətrafında müzakirələr aparılmışdır. Xatırlatmaq istəyirik ki, "Nikoyl Bank" mütamadi olaraq əhalinin maliyyə savadının artırılması istiqamətində müxtəlif təlimlər keçirməkdə davam edir. Və iştirakçı qismində təlimlərə maraq göstərən şəxslərin sayı artmaqdadır.

Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "NIKOIL Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti