Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Yasemin Bedir "MasterCard" beynəlxalq ödəniş sisteminin Azərbaycanda yeni regional meneceri təyin edilib. Bunu Trend-ə "MasterCard" şirkətindən deyiblər.
Y.Bedir indiyədək yalnız Türkiyənin kurasiyası ilə məşğul olurdu, bundan sonra Azərbaycanda ödəniş sisteminin fəaliyyəti də onun səlahiyyətlərinə daxil olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın kurasiyası ilə Cənub-Şərqi Avropanın inkişaf edən bazarları regionu üzrə meneceri Hakan Açar məşğul olurdu. H.Açar hazırda "MasterCard"da başqa vəzifədə çalışır.