...

Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 15:40 (UTC +04:00)
Bu gün Qazaxıstanın Baş naziri Karim Masimovun iştirakı ilə Aktobe şəhərində Аktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışına həsr olunmuş təntənəli mərasım keçirilib.
Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Bu gün Qazaxıstanın Baş naziri Karim Masimovun iştirakı ilə Aktobe şəhərində Аktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışına həsr olunmuş təntənəli mərasım keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə QSC-nin sədri Cavid Qurbanov iştirak edib.

Tədbir çərçıvəsində C.Qurbanov Аktyubinsk rels istehsalı zavodu ilə tanış olub. "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin zavodun fəaliyyəti, istehsal gücü, iş prinsipi barədə C.Qurbanova məlumat verib.

Bildirilib ki, zavod Qazaxıstanın sənaye və innovasiya inkişafı üzrə Dövlət Proqramı çərçıvəsində, "Qazaxıstan Dəmir Yolları" SC tərəfindən inşa edilib və 13 fevral 2013-cü ildən fəaliyyət göstərir, strateji əhəmiyyətə malikdir. 760 nəfər işçisi olan zavod əsasən yüksəksürətli dəmiryol xətləri üçün uzunluğu 120 metr olan R-65 markalı rels istehsal edir.

Zavodun hazır məhsul üzrə illik istehsal gücü 430 min tondur. Bunun 200 min tonu rels, 230 min tonu isə müxtəlif yardımçı metal materiallardır.

Aktyubinsk rels istehsalı zavodu "Qazaxıstan Dəmir Yolları" SC-nin relsə olan tələbatını tam ödəməklə yanaşı, xarici ölkələrdən olan sifarişləri də istehsal etmək gücünə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti