...

İranlı nazir: Təyyarə almaq üçün maliyyə resurslarımız yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2015 14:10 (UTC +04:00)
Ölkənin aviasiya donanması dünyanın ən köhnə aviasiya donanmasıdır. Ölkənin aviasiya donanmasının yenilənməsi üçün İrana 50 milyard dollar dəyərində 500 təyyarə lazıdmır, amma bu qədər maliyyə resursu İranda yoxdur.
İranlı nazir: Təyyarə almaq üçün maliyyə resurslarımız yoxdur

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Təmkin Cəfərov /

Ölkənin aviasiya donanması dünyanın ən köhnə aviasiya donanmasıdır. Ölkənin aviasiya donanmasının yenilənməsi üçün İrana 50 milyard dollar dəyərində 500 təyyarə lazımdır. Amma bu qədər maliyyə resursu İranda yoxdur.

Trend-in məlumatına görə, bu barədə Yol və Şəhərsalma Nazirliyinin "news.mrud.ir" xəbər saytı İranın yol və şəhərsalma naziri Abbas Axundiyə istinadən məlumat verib.

A.Axundi deyib ki, nəqliyyat sektorunda sərmayəçilərin sərmayə yatırması üçün bütün lazimi şərait var və bütün təklifləri dəyərləndirməyə hazırıq: "Nəqliyyat sektorunda, xüsusi ilə aviasiya sənayesində İran və əcnəbi şirkətlər arasında müştərək şirkətlərin təsis olunması, lizinq və birbaşa satış formalarında əməkdaşlıq etməyə hazırıq".

Nazir bildirib ki, təyyarələrin alınması üçün lazimi vəsait olmadığı üçün lizinq formasında təyyarələri ölkəyə gətirməyə hazırıq. "Bu sahədə təyyarə istehsal edən ölkələrlə danışıqlarımız olub. Ümid edirik ki, 2016-cı ildə nailiyyətlərimiz olacaq".

A.Axundi sonra qeyd edib ki, son aylarda nəhəng yük gəmiləri İran limanlarında yan almağa başlayıb: "Bundan öncə nəhəng yük gəmiləri Fars Körfəzi ölkələrinə gedirdi və İran gəmiləri yükləri oradan ölkəyə gətirirdi. Lakin hazırda 16 layner birbaşa İran limanlarında yan alıb və bununla İranın nəqliyyat xərcləri azalıb".

A.Axundi deyib ki, xarici laynerlər və yük gəmilərinə İran limanlarında yanalma üçün lisenziya verəndə onlara şərt qoymuşuq ki, daşıdıqları yükün 50 faizi İran məhsulları olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti