...

Meksika Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floresin SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovla görüşü zamanı tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Trend Meksika səfirliyinə istinadən məlumat verilir.

E.Nəsirov şirkətin fəaliyyəti, sərmayələr və xaricdə reallaşdırılmış layihələr barədə ətraflı danışaraq Azərbaycanda neft hasilatı tarixinin bəzi məqamlarına toxunub.

Görüş zamanı qeyd olunub ki, bu sahədə təcrübə mübadiləsi iki ölkənin inkişafına və rifahına xidmət edəcək.

Tərəflər Meksika və Azərbaycanın neft şirkətləri "Pemex" və SOCAR arasında əməkdaşlıq imkanı ilə bağlı qarşılıqlı marağın olduğunu ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti