...

Azərbaycan Fransa mineral suyunun istehsalına başlamağı planlaşdırır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 12:34 (UTC +04:00)
Azərbaycan və Fransa ölkədə Fransanın "Evian" mineral suyunun istehsalı məsələsini müzakirə edəcəklər.
Azərbaycan Fransa mineral suyunun istehsalına başlamağı planlaşdırır (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və Fransa ölkədə Fransanın "Evian" mineral suyunun istehsalı məsələsini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Fransadaklı səfirliyinin müşaviri Elman Məmmədov Azərbaycan-Fransa işgüzar görüşü çərçivəsində deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan nümayəndə heyətinin cari ilin dekabrında Evian şəhərinə səfəri zamanı müzakirə olunacaq: "Nümayəndə heyətimiz İsmayıllı şəhərində "Evian" mineral suyunun istehsalına başlanılması imkanlarını müzakirə edəcək, eləcə də fransız həmkarlarımızın mineral su və şüşə butulkaların istehsalı sahəsində təcrübəsini öyrənəcək".

E. Məmmədov qeyd edib ki, Azərbaycanın 12 şəhəri Fransanın 10 şəhəri və 1 vilayəti ilə əməkdaşlıq haqqında saziş imzalayıb: "Hazırda iki ölkə arasında regionlararası əməkdaşlıq yüksək səviyyədədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti