Bakı. Maksim Tsurkov - Trend:
"Türkiyə Hava Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 18-ə təyin edilmiş üç İstanbul-Bakı reysini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilmiş materialda qeyd olunub.
Həmin tarixə birinci reys yerli vaxtla saat 08:15, ikinci reys saat 12:20, üçüncü reys isə saat 14:30-a təyin edilmişdi. Bütün bu reyslər Atatürk Beynəlxalq Hava Limanından nəzərdə tutulmuşdu.