...

A-Qroup 42 müalicə hadisəsini xaricdə ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 15:41 (UTC +04:00)
A-Qroup Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.
A-Qroup 42 müalicə hadisəsini xaricdə ödəyib

Bakı. Trend:

Tibbi sığorta bazarında lider olan A-Qroup Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.

Yalnız 2015-ci il ərzində A-Qroup Sığorta Şirkəti 42 müalicə hadisəsini xaricdə təşkil edib və ödəyib. Sığorta hadisələrinə daxil olub: onkoloji xəstəliklərin müalicəsi və cərrahi müdaxilələr, tibbi müayinə. Sığortalanmışlar Türkiyə, Almaniya, Rusiya, İsrail, Ukrayna, Belarus və İranın ən yaxşı klinikalarında müayinə və müalicə keçib.

A-Qroup daim öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkət kimi fəaliyyət göstərməyə davam edir.

A-Qroup Sığorta Şirkəti 1995-ci ildə təsis edilib və 14 könüllü sığorta növü üzrə xidmət göstərir. A-Qroup korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə pilot proqramının ikinci mərhələsi çərçivəsində Beynəlxalq maliyyə korporasiyası tərəfindən (IFC) seçilmiş yeganə sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti