...

Milli Məclis 2016-cı il yenilənmiş dövlət büdcəsini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 14:30 (UTC +04:00)
Milli Məclis bu gün plenar iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib.
Milli Məclis 2016-cı il yenilənmiş dövlət büdcəsini təsdiq edib

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün plenar iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib.

Dəyişikliklərə əsasən, dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16,822 milyard manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş proqnozlardan 15,5 faiz çoxdur.

Xərclər 18,495 manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək.

Dövlət və icmal büdcələrin parametrləri 1 barel neftin 25 dollar səviyyəsində dəqiqləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti