Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:44-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankından kredit cəlb etməyə hazırlaşmır. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, hazırda fond sığorta hadisəsi baş vermiş 3 banka təqribən 93 milyon manat ödəyib: "Bildiyiniz kimi, fondun vəsaiti 132 milyon manat təşkil edirdi, bu isə o deməkdir ki, hesabımızda hələ təqribən 40 milyon manat qalıb".
A.Cavadov qeyd edib ki: "Əgər zərurət yaranarsa - bu isə baş verəcək - bütün əmanətçilər kompensasiya görə müraciət etsə, fond Mərkəzi Bankdan təqribən 20 milyon manat cəlb edəcək".