...

WizzAir: Macarıstan Azərbaycana aviareysin bərpasını yeni turizm istiqaməti kimi dəyərləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2016 14:03 (UTC +04:00)
Budapeştdən Bakıya aviareyslərin bərpa edilməsi macarlara Azərbaycanı yeni turzim istiqaməti kimi kəşf etməyə imkan verəcək.
WizzAir: Macarıstan Azərbaycana aviareysin bərpasını yeni turizm istiqaməti kimi dəyərləndirir

Bakı. Trend:

Budapeştdən Bakıya aviareyslərin bərpa edilməsi macarlara Azərbaycanı yeni turzim istiqaməti kimi kəşf etməyə imkan verəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə aviaşirkətin Baş direktoru Cozef Varadi Bakıda deyib.

WizzAir şirkəti Budapeşt-Bakı marşrutu üzrə aviauçuşlara martın 27-dən başlayacaq. Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 59,99 avrodan başlayacaq. Qeyd edək ki, bi qiymətə biletlərin sayı cəmi 20-dir. Yerdə qalan biletlərin qyməti bir tərəfə 75-80 avro arasında dəyişir.

C.Varadinin sözlərinə görə, Budapeşt də Azərbaycan sakinləri üçün Avropaya "sərfəli" qapı ola bilər: "Bakıdan Budapeştə biletin qiyməti 100 manatdan azdır, Budapeştdən Londona da biletin qiyməti 100 manatdan aşağıdır. Beləliklə Bakıdan Londana uçuş 200 manatdan az qiymətə başa gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti