...

"Bank of Azerbaijan"ın borclu müştərilərinin nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 14:50 (UTC +04:00)
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli2-1 (81)-1404/16 saylı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılıb, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.
"Bank of Azerbaijan"ın borclu müştərilərinin nəzərinə

Bakı. Trend:

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) -1404/16 saylı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72- ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Müflis elan edilmiş Banka qarşı tələblərin qeydiyyatına 5 fevral 2016-cı il tarixdən başlanılıb və 5 aprel 2016-cı il tarixinə kimi davam edəcək.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, tələblərinin qeydiyyata alınması üçün aşağıdakı ünvanda bankın ləğvedicisinə müraciət etsinlər.

Ünvan: Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24.
Əlaqə telefonları: 175 qaynar xətt, (+99412) 499 70 00, (+99412) 596 65 91/92/93, Ləğvedicinin vəkalətli nümayəndəsi: RamilTahirov Əlaqələndirici: Vüsal Həsənsoy

Məqalədə:
Xəbər lenti

Xəbər lenti