...

İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanuna dəyişiklikləri təsdiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 20:49 (UTC +04:00)
Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanuna dəyişiklikləri təsdiq etdi

Bakı. Trend:

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 170-VQD nömrəli Qanununun tətbiqi və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 13.4-cü maddə əlavə edilir:

"13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.".

20.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

"Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır.".

Bundan başqa, qanuna aşağıdakı məzmunda 34.5-ci maddə əlavə edilir:

"34.5. Verilmiş şikayət və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və ya qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar (yoxlayıcılar) tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər.".

Xəbər lenti

Xəbər lenti