...

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2016 12:29 (UTC +04:00)
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi “Mədən sənayesində şəffaflığın artırılması, təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri” layihəsi çərçivəsində beynəlxalq (Gürcüstan, Qırğızıstan və Monqolustan) və yerli qanunvericiliyi müqayisə edərək hesabat hazırlayıb.
Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlanıb

Bakı. Trend:

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi "Mədən sənayesində şəffaflığın artırılması, təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri" layihəsi çərçivəsində beynəlxalq (Gürcüstan, Qırğızıstan və Monqolustan) və yerli qanunvericiliyi müqayisə edərək hesabat hazırlayıb.

Bu barədə Trend-ə Birlikdən məlumat verilib.

Hesabatda təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri öyrənilmiş, həmin problemlərin həlli üçün təklif və tövsiyələr də verilmişdir. Təşkilat ekspertləri tərəfindən tövsiyələr hazırlanarkən Gürcüstan, Qırğızıstan, Monqolustan və s. ölkələrin analoji təcrübəsindən istifadə olunmuşdur.

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün ölkədə daha effektiv tətbiqi ilə bağlı təşkilat ekspertləri tərəfindən hökumətə, Milli Məclisə, MHŞT Çoxtərəfli Qrupuna və MHŞT üzrə QHT Koalisiyasına yeni təkliflər paketi təqdim etmişdir. Adı gedən təsisatlar təklifləri almışdır və hazırda təşkilatımızla kommunikasiya (təkliflərlə bağlı birgə müzakirələrin keçirilməsi ilə bağlı və ya təkliflərin baxılacağı ilə bağlı cavab məktubu) başlanmışdır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB tərəfindən Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün ölkədə daha yaxşı tətbiqi ilə bağlı əvvəllər də təklif olunmuş tövsiyələrin bir hissəsi artıq tətbiq olunmaqdadır. Hazırda "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" Memorandum"a müvafiq dəyişikliklər edilmiş və hər 3 tərəf onu təsdiq etmişdir. Bu Mədən Hasilatında Şəffaflığın Artırılması təşəbbüsünün tətbiqində ciddi yenilik olmaqla bərabər həm də Sidneydə qəbul olunmuş standartların bir qisminin həyata keçirilməsinə zəmin yaradıb.

NHMT İB tərəfindən verilmiş tövsiyələr aşağıdakılardan ibarətdir:

• "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr

• Nazirlər Kabineti tərəfindən Mədən Hasilatından əldə edilən və dövlət büdcəsinə transfer edilən vəsaitlərin xərclənməsi, onların hansı proqramlara (sosial, investisiya və s.) sərf olunması ilə bağlı yarımillik və illik hesabatlar hazırlaması ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarının qəbul edilməsi ilə əlaqədar təkliflər.

Mədən hasilatından əldə edilən gəlirlərin xərclənməsi ilə bağlı məlumatlar ictimaiyyət üçün əlçatan olmalıdır. Bu məqsədlə qanunvericiliyə, o cümlədən informasiya əldə etmək haqqında qanuna əlavə və dəyişikliklər edilməli, həmçinin Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində gəlirlərdən istifadəyə nəzarət mexanizmləri yaradılması məqsədəuyğundur.

• Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti