...

Azərbaycan Sahibkarlar Konfederasiyasının Fransada nümayəndəliyi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 17:05 (UTC +04:00)
ASK-nın Fransada nümayəndəliyi açılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Fransada nümayəndəliyi açılıb

Bakı. Trend:

Carı ilin aprel ayında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Fransada nümayəndəliyi açılıb.

ASK-dan Trend-ə verilən məlumata görə, Konfederasiyanın Fransadakı nümayəndəsi kimi Sərxan Sabir oğlu Ələkbərov təmsil olunacaq. Onun əsas işi Fransadakı sahibkarlar üçün ölkəmizdə tərəfdaşların axtarıb-tapılması, xarici ölkələrdə investisiya imkanlarının araşdırılması, ASK-nın icra etdiyi proqram və layihələrin yerinə yetirilməsində yaxından iştirak, sahibkarlığın inkişafı ilə əlaqədar müxtəlif təklif və hesabat proqramları hazırlamaqdan ibarət olacaq.

Bununla da Azərbaycan Sahibkarlar Konfederasiyasının bir sıra xarici ölkələrdə nümayəndəliyinin sayı 14-ə çatıb.

Ələkbərov Sərxan Sabir oğlu 1983-cü il noyabrın 27-də Bakı şəhərində anadan olub. 1989-2000-cü illərdə Səbail rayonu 160 saylı orta məktəbdə təhsil alıb. 1999-cu ildə İngiltərənin Bormus şəhərində 3 aylıq ingilis dili kursunu bitirib. 2000-2002-cü illərdə Qərb Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı dövrdə Yeni Azərbaycan Partiyasının Səbail rayonu üzrə gənclər təşkilatının sədr müavini seçilib. 2003-cü ildə Fransanın ISCID Biznes Universitetinin İqtisadi əlaqələr fakültəsinə daxil olub, 2007-ci ildə bitirib.

2005-2006-cı illərdə təhsil aldığı Çin Xalq Respublikasının Makau Universitetində 10 fransalı tələbədən biri kimi ixtisasını biznesin təşkili üzrə ingilis dilində davam etdirib. Təhsilini beynəlxalq ticarət üzrə magistr proqramı ilə sona çatdırıb. ISCID-də oxuduğu illərdə bank və sığorta şirkətlərində təcrübə keçib (AGF CONSEIL, BNP PARISBAS) 2008-2012-ci illərdə Fransanın Paris şəhərində "RPA Process Technologies" şirkətində alış üzrə baş mühəndis, 2012-2015-ci illərdə Fransanın ALSTOM şirkətində turbin biznes ehtiyat hissələri üzrə baş alıcı vəzifələrində işləyib.

2015-ci ildən isə "SER Expert Consulting" şirkətinin təsisçisi və baş direktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti