...

Azərbaycan Qətərlə əlaqələrin inkişafı üçün prioritet sahələri açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 12:37 (UTC +04:00)
Azərbaycan Qətərlə ticarət, sənaye, həmçinin kənd təsərrüfatı, İKT, turizm və digər sahələr üzrə münasibətləri inkişaf etdirməyə hazırdır.
Azərbaycan Qətərlə əlaqələrin inkişafı üçün prioritet sahələri açıqladı

Bakı. Trend:

Azərbaycan Qətərlə ticarət, sənaye, həmçinin kənd təsərrüfatı, İKT, turizm və digər sahələr üzrə münasibətləri inkişaf etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Qətər işgüzar görüşü çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu ölkələr mal dövriyyəsinin inkişaf etdirilməsi üçün yaxşı bazaya malikdirlər.

İqtisadiyyat nazirinin müavini qeyd edib: "Ölkələr arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və bu əlaqələrin nəticəsi olaraq iqtuisadi əlaqələr də inkişaf edir. Biz gələcəkdə də bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti