...

Traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi üçün "Səyyar Xidmət" qrupu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 16:04 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən rayonlarda traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi üçün “Səyyar Xidmət” qrupu yaradılıb.
Traktor sürücüsü vəsiqələrinin qısa müddətdə  dəyişdirilməsi üçün "Səyyar Xidmət" qrupu yaradılıb

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən rayonlarda traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi üçün "Səyyar Xidmət" qrupu yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə yaradılmış "Səyyar Xidmət" qrupu tərəfindən artıq Salyan, Hacıqabul, Neftçala, Sabirabad, Beyləqan, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını əhatə edən Şirvan şəhərində və Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarını əhatə edən Quba rayonunda 400 dən artıq köhnə sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

"Səyyar Xidmət" qrupu respublikanın bütün rayonlarında kənd təsərrüfatı sahəsində çalışan mexanizatorların sürücülük vəsiqələrinin yerində 30 dəqiqə ərzində dəyişdirilməsini müntəzəm olaraq həyata keçirir. Qrup rayonlarda vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə edir.

Belə ki, mərkəzlərə gələ bilməyən vətəndaşlara rayonlarda zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslar vasitəsilə xidmət göstərilir.

"Səyyar Xidmət" qrupu növbəti dəfə 14 may 2016-cı il tarixində saat 10:00-da Qazax şəhəri, H.Əliyev prospekti 177 ünvanında yerləşən Dövlət Sosial İqtisadi Kollecinin foesində Gəncə, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər, Tovuz, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında yaşayan mexanizatorlar üçün köhnə sürücülük vəsiqələrinin yeni nümunəli sürücülük vəsiqəsi ilə dəyişdirilməsini həyata keçiriəcək.

Köhnə sürücülük vəsiqəsinin yenisi ilə dəyişdirilməsi üçün mexanizatorlar müraciət ərizəsi, müddəti bitmiş sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə qəbz, 60 yaşından yuxarı şəxslər isə həm də qanunvericilyə müvafiq olaraq sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Bütün mexanizatorlar dəvət olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti