...

Azərbaycan əqli mülkiyyət sahəsində uzunmüddətli milli strategiya hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2016 11:58 (UTC +04:00)
Azərbaycanda əqli mülkiyyətin qorunması üzrə milli strategiyanın hazırlanması üzərində iş başa çatır.
Azərbaycan əqli mülkiyyət sahəsində uzunmüddətli milli strategiya hazırlayır

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda əqli mülkiyyətin qorunması üzrə milli strategiyanın hazırlanması üzərində iş başa çatır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov deyib.

Onun sözlərinə görə, milli strategiya əqli mülkiyyət hüquqlarının qorunması sahəsinin daha da inkişafına, onun müvafiq beynəlxalq sistemə inteqrasiyasına, bu sahədə səmərəli xidmətlərin göstərilməsinə istiqamətlənib.

Strategiya Dünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə və bu təşkilatla imzalanmış sazişə uyğun hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti