...

"AtaBank" da həftənin bütün günləri fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2016 19:35 (UTC +04:00)
Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisi ilə əlaqədar olaraq, AtaBank-ın mərkəzi filialları 10-21 iyun müddətində yeni iş rejiminə keçir.
"AtaBank" da həftənin bütün günləri fəaliyyət göstərəcək

Bakı. Trend:

Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisi ilə əlaqədar olaraq, AtaBank-ın mərkəzi filialları 10-21 iyun müddətində yeni iş rejiminə keçir.

Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhərinin mərkəzi hissəsində yerləşən bankın 4 filialı şənbə-bazar və bayram günü də daxil olmaqla həftənin 7 günü saat 09:00-dan 21:00-dək işləyəcək.

Filialların müvəqqəti iş rejiminə keçidi "Formula-1" Avropa Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.

Bankın aşağıdakı filialları müştərilərə xidmət göstərəcək:

• "Mərkəzi" filial: Ş.Bədəlbəyli küç., 102; Tel: (012) 497 87 00, 598 08 41
• "Səbail" filialı: Azərbaycan pr., 35; Tel: (012) 596 21 07, 596 45 30
• "Bakı" filialı: Neftçilər pr., 67; Tel: (012) 437 23 71, 437 23 72
• "Yeni Həyat" filialı: Zərifə Əliyeva pr., 55; Tel: (012) 598 22 94, 598 22 95, 598 22 86

Məqalədə:
Xəbər lenti

Xəbər lenti