...

Dövlət satınalmaları mövzusunda təlim kursları keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2016 19:58 (UTC +04:00)
Yerli icra hakimiyyəti orqanları üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursları keçirilib.
Dövlət satınalmaları mövzusunda təlim kursları keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyunun 21-22-də yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursları təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursların təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasından ibarətdir.

“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda iki gün davam edən tədbirdə respublikanın 70-dən artıq şəhər və rayon icra hakimiyyətinin nümayəndəsi iştirakı edib.

Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti