...

Azərbaycanlı iş adamları Aktauda "Azərsun" logistika mərkəzində olublar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2016 18:08 (UTC +04:00)
Azərbaycanlı iş adamları Aktauda fəaliyyətə başlayan “Azərsun” logistika mərkəzini ziyarət ediblər.
Azərbaycanlı iş adamları Aktauda "Azərsun" logistika mərkəzində olublar (FOTO)

Bakı. Trend:

“Azərsun Holdinq”, Azərbaycan İnvestisiya Şirkəti və AZPROMO-nun təşkilatçılığı ilə dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin ixrac potensialının artırılmasının təşviqi məqsədilə verdiyi tapşırıqların icrası istiqamətində Azərbaycanın aparıcı şirkətlərindən ibarət bir qrupun Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Azərsun” logistika mərkəzinə səfərini həyata keçirdi.

Səfər zamanı qonaqlara mərkəz barədə məlumat verildi. Bildirildi ki, "Aktau" xüsusi iqtisadi zonasının rəsmi iştirakçısı şəhadətnaməsini almış mərkəz 5000 kv.m quru anbardan, 5000 kv.m soyuq anbardan və digər infrastrukturdan ibarətdir. Logistika mərkəzi Almaniya, Niderland və İtaliya istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib və bu vilayətdə ikinci belə bir müəssisə mövcud deyil.

Görüşdə çıxış edən Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbəyov bu mərkəzin Qazaxıstan və Azərbaycan arasında ticari və iqtisadi əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanda yetişdirilən meyvə-tərəvəzlərin, istehsal olunan kənd təsərrüfatı və digər məhsulların Orta Asiya bazarlarına çıxarılmasında bu mərkəz çox mühüm əhəmiyyət kəsb edir və iş adamlarına buradan istifadə etmək üçün hər cür imkan yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti